İqtisadiyyat

Kəlbəcərin “İstisu”yu Azərbaycan iqtisadiyyatına nə verə bilər? – Ekspert

“Kəlbəcərin “İstisu”yu Azərbaycan iqtisadiyyatına ciddi dividentlər gətirəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Ekspert hesab edir ki, işğaldan azad bütün torpaqların çox böyük turizm potensialı var:

“Yəqin ki, təhlükəsizlik qaydaları tam təmin olunduqan və infrastrukturla bağlı problemlər həll edildikdən sonra həmin bölgə nəinki regional, hətta dünya miqyasında cazibə mərkəzinə çevrilə bilər. Çünki 44 günlük müharibədə dünya mediasında həmin bölgələrin adları da tez-tez çəkildi. Bu, artıq tanıtım formalarından biri idi. Həmin rayonlar dünyada bir çox insanların və ölkələrin yadında qaldı. Bunun təhlükəsizliklə bağlı təqdimatını da verdikdən sonra bura axın başlayacaq. Bölgənin böyük turizm potensialı var. O cümlədən Kəlbəcərin. Kəlbəcərin həm təbiəti, həm mineral suları, “İstusu” sanatoriyası böyük potensiala malikdir”.

Natiq Cəfərli bildirib ki, ilkin olaraq Kəlbəcərə böyük yatırımlar lazım olacaq:

“Təhlükəsizlik, infrastruktur, ordakı binaların beynəlxalq standartlara uyğun şəkildə tikilməsi və s. bütün bunlar müyyən investisiya xərcləri tələb edir. Qoyulan investisiya xərcləri bir müddətdən sonra özünü doğruldacaq. Gələn turistlərin sayı artdıqca qoyulan investisiyaların geri qayıdışı təmin ediləcək”.

Bənzər yazılar

Back to top button