İqtisadiyyat

Əmək Nazirliyi 206 minik avtomobili alacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 206 minik avtomobili alacaq.

Qaynarinfo xəbər verir ki, ƏƏSMN-nin noyabrın 27-də keçirdiyi tenderdə “Azərmaş Group” MMC qalib olub.

Tenderin dəyəri 2 milyon 500 min 170 – 2512170.06 manat olub.

Qeyd edək ki, “Azərmaş Group” MMC 2019-cü ilin yanvar ayının 24-də dövlət qeydiyyatından keçib. Hüquqi ünvanı Nəsimi rayonu, Süleyman Rəhimov, ev 195, m. 8-də yerləşən MMC-nin qanuni təmsilçisi Adıgözəlov Rövşən Rəfail oğludur. Nizamnamə kapitalı 10 manat təşkil edən şirkət qısa müddətdə dövlət qurumların keçirdiyi tenderlərdə qalib olmağa başlayıb.

Bənzər yazılar

Back to top button