İqtisadiyyat

İnanılmaz tender maxinasiyası: Bir şirkət bir gündə bir qurumdan 5 tender qazandı (FOTO)

Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi (MKTB) noyabrın 27-də 915 min manat dəyərində olan 5 tender keçirib.

Qaynarinfo xəbər verir ki, MKTB-nin keçirdiyi 5 tenderin qalibi 1 şirkət olub.

Belə ki, qurumun parkların saxlanması üçün avadanlıqların satınalınması (189814.8 AZN), avadanlıqların satınalınması (180825.56 AZN), ehtiyat hissələrinin satınalınması(199818.84 ), yumşaq inventar və xüsusi geyimlərin satınalınması(119882.1 AZN), dəftərxana və təsərrüfat mallarının satınalınması (224804.16 AZN) üzrə keçirilən tenderləri – “Stone Construktion” QSC qazanıb.

Qeyd edək ki, “Stone Construction” QSC 2019-cu ilin yanvar ayinin 22-nə kimi Məhdud Məsuliyyətli Cəmiyyət formasında fəaliyyət göstərib. 07.07.2008-ci il tarixində yaradılan şirkətin nizamnamə kapitalı 2010 manatdır. Şirkətin hüquqi ünvanı kimi Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, ev 29, qanuni təmsilçisi Elman Hacızadə Xalid oğludur.

Araşdırmalar zamanı məlum oldu ki, sözügedən şirkət QSC-yə çevrildikdən indiyə kimi dövlət qurumlarının keçirdiyi 12 tenderin qalibi olub. İnternet resurslarında bildirilir ki, şirkət həm də tikinti məhsulları istehsal edir.

Şirkətlə bağlı başqa bir ilginc məqam onun hüquqi ünvanı ilə bağlıdır. Şirkətlə bağlı mediada dərc olunan yazılarda deyilir ki, “Stone Construction” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ceyhun Hacıbəyli, 2v 2, m.17-də olub. Həmin ünvanda “NT Engineering” MMC –də qeydiyyata alınıb…

Bənzər yazılar

Back to top button