İdman

Superliqa klubunda yeni baş məşqçi

Türkiyənin “Konyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, superliqa təmsilçisi Fahrudin Ömeroviçlə razılıq əldə edib.

“Fənərbaxça”nın baş məşqçisi Aykun Kocamanın köməkçisi vəzifəsində çalışan mütəxəssis bu gün Konyaya gedərək rəsmi müqaviləyə imza atacaq.

Qeyd edək ki, serbiyalı məşqçi bu vəzifədə bir neçə gün öncə istefaya göndərilən Mustafa Reşit Akçayı əvəz edəcək.

Bənzər yazılar

Back to top button