Dünya

Lukaşenko prezidentlikdən istefa verəcəyi zamanı açıqladı: “Sakitləşin”

Belarus Prezidenti Aleksandr Lukaşenko yeni Konstitusiyanın qəbulundan sonra istefaya gedəcək.

Qaynarinfo bu haqda RİA Novosti-yə istinadla xəbər verir. “Mən özüm üçün heç bir Konstitusiya düzəltmirəm. Mən artıq yeni Konstitusiya zamanında sizin prezidentiniz olmayacağam. Buna görə də sakitləşin, buna qədər sakitcə dözün”, – Lukaşenko deyib.

Lukaşenko yeni Konstitusiya qəbul edildiyi vaxt “kimsə saxtalaşdırdı, ya da kimsə yeni Konstitusiyaya əsasən seçkiləri quraşdırdı” deməsinə imkan verməyəcəyinə söz veib. “Hətta bilsəm ki, bu mənim istədiyim kimi olmayacaq. Niyə? Çünki Belarus xalqı keçməli olduğu şeydən keçməlidir. İndi daha yaxşıdır, müharibəsiz, bu müharibənin bizə soxuşdurulması daha pisdir”, – Lukaşenko fikrini yekunlaşdırıb.

27 oktyabrda Belarus Baş naziri Roman Qolovçenko yeni Konstitusiya məsələsinin qərar veriləcəyi Ümum Belarus Xalq Məclisinin 2021-ci ilin əvvəlində keçirilməsinin planlaşdırıldığını elan edib. Hakimiyyət tədbirləri iki bloka – ölkənin sosial-iqtisadi və ictimai-siyasi inkişafı məsələlərinə bölmək niyyətindədir.

Avqust ayında Lukaşenko prezident səlahiyyətlərinin bir hissəsini ancaq konstitusiya islahatından sonra təhvil verməyə hazır olduğunu bildirib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button