Dünya

Paşinyanın arvadı ilə bağlı qalmaqal: Sifariş etdiyi patarların pulunu ödəmir

“Mənim zinət əşyalarımı qaytar, sifariş etdiyin paltarların pulunu ödə”.

Yenisabah.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyanın feysbuk səhifəsindəki statustuna keçmiş stilisti və vizajisti Sofya Xudoyan rəy yazaraq bildirib.

“Ayıbdır. Yazdığım rəyləri pozma. Nə qədər ki, vicdanın oyanmayıb, yazacağam, onsuz da, yenə yazacağam”, – keçmiş stilisti yazıb.

Məlumata görə, S.Xudoyan hökumət başçısının köməkçisi vasitəsilə A.Akopyanla görüşmək cəhdi uğursuz olub. Anna Akopyanın keçmiş stilistinin rəylərini pozduğu ehtimal edilir.

Bənzər yazılar

Back to top button