Cəmiyyət

Vətən Müharibəsinin qəhrəmanı Elçin: Mənim anam vətənimdir…

İkinci Qarabağ Müharibəsi başlayan gündən ön cəbhədə olan əsgərlərimiz sırasında Elçin Əhmədov da var.

AzToday.az xəbər verir ki, bu barədə Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

Bildirilib ki, Elçin Əhmədov 2008-ci ildən SOCAR-ın Neft-qaz tikinti Trestində çilingər işləyir. Uşaq ikən valideynlərini itirən Elçin Əhmədov – “Anasız böyümüşəm. Anam Vətənimdir və canımı qurban verməyə hazıram” deyir. O Hadrut və Şuşanın işğaldan azad edilməsi əməliyyatlarında qəhrəmanlıq göstərib.

Qeyd edilib ki, uşaq evində böyüyən Elçin ön cəbhədə tikililərdən birinin divarına yazdığı “Maştağa 1 N-li internat” sözləri ilə məşhurlaşan əsgərimizdir:

“Elçin Əhmədov və qardaşı Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evlərindən SOCAR-da təhsilə və işə cəlb edilib, eləcə də mənzillə təmin olunmuş gənclərimizdəndir. Qələbə sevincini bizə yaşadan zabit və əsgərlərimizlə qürur duyuruq. Qarabağ Azərbaycandır!”

Bənzər yazılar

Back to top button