Türkiyədə sel hərbçiləri apardı: Ölən var – FOTO

Print Friendly, PDF & Email

Türkiyənin Tekirdağ vilayətində sel hərbi maşını aparıb. İnsident nəticəsində 1 nəfər hərbçi həlak olub.

Trend-in məlumatına görə, hadisə zamanı avtomobildə 4 hərbçi və 2 polis olub. Xilasetmə işləri nəticəsində 5 nəfəri sel sularından xilas etmək mümkün olub.

Hazırda həlak olmuş hərbçinin cəsədinin axtarılması istiqamətində iş aparılır. Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.