İranda qətlə yetirilən nüvə alimi ilə bağlı etiraz aksiyası keçirilib

by Aztoday Xəbər Portalı

Tehran Universitetinin tələbələri İran parlamentinin qarşısında etiraz aksiyası keçiriblər.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, tələbələr nüvə fizikası sahəsində ixtisaslaşmış alim Möhsün Fəxrizadəyə sui-qəsd törədənlərin tezliklə tutulub cəzalandırılmasını tələb ediblər.

Qeyd edək ki, noyabrın 27-də İranın Müdafiə Nazirliyinin Tədqiqat Və İnnovasiya İdarəsinin rəisi, tanınmış alim M.Fəxrizadə qətlə yetirilib. İran mətbuatının yazdığına görə, M.Fəxrizadənin elmi araşdırmaları nüvə proqramının reallaşmasına imkan yaradıb.

İran rəsmiləri bu sui-qəsdin xarici dövlətlərin xüsusi xidmət orqanları tərəfindən törədildiyini bəyan edib və hadisəni terror aktı kimi dəyərləndiriblər.

Bənzər Yazılar