AnalitikaDünya

HDP-çilərin həbsdən azad edilməsi xahişi: Bu, Ərdoğanı MHP dəstəyindən məhrum edə bilər

Amberin Zaman

“Al Monitor”

İraq Kürdüstan Bölgəsinin başçısı Məsud Bərzaninin Türkiyəyə səfərindən sonra mübahisələr qızışır. Türkiyə hökumətinin sözçüsü Numan Kurtulmuş İraq kürd liderinin hazırda həbsdə olan Xalqların Demokratik Partiyası (HDP) rəhbəri Səlahəddin Demirtaş və digər millət vəkillərini azad etməklə bağlı prezidenti Rəcəb Tayyib Ərdoğan müraciət etməsini təkzib edib.

“Bu mövzular gündəmə gətirilməyib”, – N.Kurtulmus iddia edib.O deyib ki, Bərzaninin Ərdoğan və baş nazir Binəli Yıldırım ilə görüşlərində regional sülh, Türkiyə və Kürdüstan Regional Rəhbərliyi arasında əməkdaşlıq və terror təşkilatlarına qarşı birgə mübarizə məsələləri nəzərdən keçirilib.

Amma yüksək vəzifəli bir kürd məmuru “Al-Monitor”a təsdiqləyib ki, Ərdoğan-Bərzani görüşlərdə Demirtaş və HDP üzvlərinin vəziyyəti məsələsi qaldırılıb.

Bərzaninin HDP adından Ərdoğanla danışması barədə ilk olaraq İraq Kürdüstanının ən böyük mediası “Rudaw” məlumat verib.

“Rudaw” kürd siyasətçi Əhməd Türkə istinad edib: “Bərzani Türkiyə prezidentindən Demirtaş və onun dostlarının azad olunmasını xahiş edib”.

Kürd Muxtariyyətinin sözçüsü Safin Dizayi şərhdən yayınıb.

Bərzani Türkiyəyə getməzdən əvvəl Almaniyanın “Frankfurter Allegemeine Zeitung” qəzetinə müsahibəsində kürd siyasətçilərin azad olunması çağırışı edib.

Onda niyə N.Kurtulmus xəbər təkzib etsin ki?

Yəqin ki, Bərzaninin HDP adından lobbiçilik etməsi onun Türkiyəyə səfərinin effekti ilə səsləşmir. Həm də bu səfər Ərdoğanın prezident səlahiyyətlərini artırmaq üçün 16 aprel referendumu ərəfəsində kürd seçicilərinə hesablanmışdı. Ərdoğanın İraq kürdlərinə qucaq açması onlara göndərilən mesajdır və ya hökumət ümid edir ki, HDP və onun filialları barədə şiddətli tədbirlərə baxmayaraq, hökumət anti-kürd mövqedə deyil.

Hökumətin niyyətləri nə olursa-olsun, onun naümidcə əyri getdiyi görünür. Ərdoğan lazımi səsləri qazanmaq üçün sağçı-millətçilərə dayaqlanır. Lakin onların çoxu Bərzaninin qarşılanması zamanı hava limanında İraq və Türkiyə ilə yanaşı, İraq Kürdüstanı bayrağının qaldırılmasından hiddətlənib.

Ultramillətçi “Yeni Çağ” qəzeti Ərdoğana verdiyi dəstəyə görə MHP başqanı Dövlət Baxçalının ünvanına kinayəli atmacalar atıb. Millətçi dairələrdə ən çox oxunan bu qəzet həm də Ərdoğan üçün potensial təhlükə sayılan Baxçalının rəqibi, sabiq daxili işlər naziri Meral Akşeneri dəstəkləyir.

Kinayələr Dövlət Baxçalını millətçilərin etmidanını qazanmağa məcbur etdi. “Bu bayrağın Türk bayrağı ilə paralel qaldırılması rüsvayçılıqdır”. Parlamentdə millət vəkilləri qarşısındakı çıxışında Baxçalının qəzəbi aşıb-daşırdı: “Bərzani həbsdə olan HDP üzvləri azad olunmasına çalışır. O, PKK-ya dəstəyinə və şəhidlərimizin qanına görə hesab verməlidir. Türkiyə üçün qurduğu tələlərin hesabını ödəməlidir”.

N.Kurtulmus kürd bayrağı qaldırılmasının qalmaqal olduğunu rədd etdi: “Hörmətli Bərzani hər dəfə Türkiyədə gələndə Kürd Regional Rəhbərliyi bayrağı, İraq bayrağı və Türk bayrağı, yəni hər üç qaldırılır”.

Bərzani bir daha gəlməyə bilər.

pia.az

Bənzər yazılar

Back to top button