“Yuventus” ÇL-i qazansa, bu il karyeramı bitirməyəcəm” – Buffon

Print Friendly, PDF & Email

“Yuventus”un və İtaliya millisinin qapıçısı Canluici Buffon gələcək karyerası haqda danışıb.

Qol.az-ın “Sky Sport İtalia”ya istinadən yaydığı xəbərə görə, daha əvvəl mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayan 39 yaşlı qolkiper bu dəfə fərqli fikirlər səsləndirib:

“Bu, mənim sonuncu mövsümümdür. Qərarımda tam əminəm. 1 və ya 2 mövsüm daha çox oynamaqla qazandıqlarıma nəsə əlavə edəcəyimə inanmıram. Məni gözləyən gələcəkdən narahat deyiləm. Karyeramı başa vurduqdan sonra da böyük istəklə çalışacağam. Fikrimi yalnız bir halda dəyişə bilərəm. “Yuventus” bu il Çempionlar Liqasını qazansa, karyeramı bitirməyəcəyəm. Çünki bu halda Klublararası Dünya çempionatında oynamalı olacağıq. Bəlkə də Şçesnı mənə o turnirdə çıxış etməyimə razılıq verər. Düşünürəm ki, komandada məni əvəzləyəcək güclü qapıçı var”.

Qeyd edək ki, Buffon 2001-ci ildən “Yuventus”da çıxış edir.