İdman

Ronaldo və Ramos kubok oyununda olmayacaq

“Real”ın futbolçuları Kriştiano Ronaldo və Serxio Ramos İspaniya kubokunun 1/16 final mərhələsində “Fuenlabrada” ilə oyunda iştirak etməyəcək.

Qol.az-ın “Sport.es”ə istinadən yaydığı xəbərə görə, baş məşqçi Zinəddin Zidan bu futbolçulara istirahət vermək qərarına gəlib. Sözügedən oyunçular Madrid klubunun bügünkü məşqinə də çıxmayıblar.

Qeyd edək ki, aşağı liqa təmsilçisi ilə oyun oktybarın 26-da keçiriləcək.

Bənzər yazılar

Back to top button