Siyasət

RF XİN-in üçtərəfli görüşün yekunları haqqında şərhi

RF, Azərbaycan və Ermənistanın XİN başçıları cümə günü Astanada “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə birgə səyləri” müzakirə ediblər.

Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının bütün müddəalarına kompleks şəkildə riayət olunmasına sadiq olduqlarını təsdiq ediblər, bu barədə RF XİN-in 14 oktyabr tarixli məlumatında deyilir.

“Regionda Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin sədrliyi ilə Üçtərəfli İşçi Qrupunun xətti ilə iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin açılması məsələləri, Rusiyanın məsləhət dəstəyi ilə Azərbaycan-Ermənistan sərhədinin Delimitasiyası üzrə Komissiyanın işi, üç ölkənin ictimaiyyət nümayəndələrinin və ekspertlərin dialoqu ətraflı nəzərdən keçirilib.

Yaxın gələcəkdə müxtəlif səviyyələrdə üçtərəfli əlaqələri davam etdirmək razılığına gəlinib”, deyə məlumatda bildirilir.

Bənzər yazılar

Back to top button