İdman

“Arsenal”ın Toni planı nə yerdə qaldı? – SON DURUM

London “Arsenal”ının “Brentford”un hücumçusu Ayvan Tonini heyətinə qatmaq istəyi ilə bağlı son vəziyyət açıqlanıb.

Fanat.az xəbər verir ki, tanınmış jurnalist Ceykob Ben “topçular”ın hazırda sözügedən forvardın klubu ilə danışıq aparmadıqlarını bildirib.

“Brentford”un Ayvanın satışından 80 milyon avro qazanmağı hədəflədiyi, London təmsilçisinin isə qış transfer pəncərəsində bu məbləği ödəməyə hazır olmadığı vurğulanıb.

Xatırladaq ki, Ayvan mərc oyunlarında iştirak etdiyi üçün ötən ilin mayında 8 ay müddətinə futboldan kənarlaşdırılıb. Onun diskvalifikasiya müddəti yanvarın 16-da başa çatacaq.

Bənzər yazılar

Back to top button