Cəmiyyət

Pendirin xərçəng hüceyrələrinə təsiri

Miçiqan Universitetində bir qrup tədqiqatçı süd məhsullarının xərçəng hüceyrələrinə təsirini araşdırıb.

“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, araşdırma nəticəsində pendirin tərkibində olan, ağız, diş sağlamlığı üçün olduqca faydalı nisin maddəsinin xərçəng hüceyrələrinə təsir göstərdiyi məlum olub. Belə ki, nisin maddəsi 800 mq miqdarında boynunda şiş olan siçanlara verilib. 9 həftə davam edən nisin müalicəsi nəticəsində xərçəng hüceyrələrinin 70-80%-i məhv olub. Bu maddənin antibiotiklərə qarşı davamlı infeksiyalara da təsir göstərdiyi məlum olub.

Pendirin tərkibində olan bu maddə qidanı uzun müddət təzə saxlamaqla yanaşı 30 növ xərçəngə və digər infeksiyalara qarşı da mübarizə apara bilir.

Bənzər yazılar

Back to top button