İdman

Ronaldodan 750-ci qol şərhi

Portuqaliya millisinin və “Yuventus”un futbolçusu Kriştiano Ronaldo karyerasının 750-ci qolunu vurması haqda danışıb.

Qol.az xəbər verir ki, 35 yaşlı hücumçu özünü Tvitter hesabında bu barədə paylaşım edib:

“750 qol. 750 xoşbəxt an, 750 dəfə azarkeşin üzündə yaranan təbəssüm. Bu möhtəşəm uğuru qazanmaqda mənə kömək edən bütün komanda yoldaşlarıma, məşqçilərə təşəkkür edirəm. Bütün rəqiblərim hər gün daha çox çalışmağıma şərait yaratdı”.

Qeyd edək ki, Ronaldo ötən gün Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Dinamo” ilə matçda fərqələnərək karyerasının 750-ci qolunu vurub. Eyni zamanda o, ÇL-nın ev oyunlarında vurduğu qolların sayını 71-ə çatdıraraq, Messini geridə qoyub (70) və turnirdə rekordda imza atıb.

Bənzər yazılar

Back to top button