Hadisə

İsveçdə daha bir azərbaycanlı koronavirusdan vəfat edib (FOTO)

Azərbaycan vətəndaşı, 1961-ci il təvəllüdlü Hüseynov Məhərrəm Ağamirzə oğlu İsveç Krallığında koronavirusdan (COVID-19) vəfat edib.

AzToday.az “Report”a istinadən xəbər verir ki, bu barədə İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü Nadir Hollenbrand bildirib.

Əslən Neftçala rayonundan olan M.Hüseynov Stokholmda ötən gecə xəstəxanada vəfat edib. Ailəsi mərhumun Azərbaycana gətirilərək Vətəndə dəfn olunmasını istəyir.

N.Hollenbrand qeyd edib ki, İsveçdə 47 yaşlı daha bir azərbaycanlı koronavirus diaqnozu ilə xəstəxanada yatır.

Xatırladaq ki, İsveçin paytaxtı Stokholm şəhərində yaşayan 22 yaşlı azərbaycanlı gənc də aprelin sonunda koronavirus pandemiyasından vəfat edib.

Bənzər yazılar

Back to top button