Dünya

Paşinyan hansı halda istefa verəcək? – Qapalı görüşün detalları mətbuata sızdı

Ermənistanda Baş nazir Nikol Paşinyanın istefa verəcəyi barədə xəbərlər yayılıb.

AzToday.az Yenisabah-a istinadən xəbər verir ki, bu məlumatların yayılmasına erməni müxalifətinin ümumilli mitinq keçiriləcəyi və bu aksiyanın Ermənistanın siyasi həyatında həlledici roy oynacağı barədə bəyanatı, hətta yeni hökumətdə Baş naziri əvəzləyəcək şəxsin adının indidən açıqlanması səbəb olub.

Bu arada Ermənistanın “Past” qəzeti yayıb ki, Paşinyan hakim “Mənim Addımım” parlament fraksiyasının deputatları ilə keçirdiyi görüşdə istefa məsələsinə toxunub.

Görüş dekabrın-1-də parlamentdə qapalı şəraitdə keçirilib. Buna baxmayaraq, “Past” görüşdə müzakirə olunan məsələlər barədə bəzi təfərratları öyrənə bilib.

Qəzet yazır ki, görüşdə Paşinyan komandasına güvəndiyini bildirib. O əlavə edib ki, hazırki çətin mərhələni də aşacaqlarına əmindir.

O, bir sıra deputatların “Mənim addımım” fraksiyasından getməsinə narazılığını bildirib. Qeyd edib ki, istefa vermək niyyətində olan deputatlar bunu onun özünə bildirə bilər.

Məlumata görə, görüşdə növbədənkənar seçkilər də müzakirə mövzusu olub. Paşinyan qeyd edib ki, komandası vahid namizəd məsələsində yekdil fikri olarsa istefa verə bilər. Özünün isə hər hansı namizədinin olmadığını deyib.

Ermənistan müxalifəti isə Paşinyanı Vazgen Manukyanla əvəzləmək istəyir. Hesab edilir ki, keçid hökuməti üçün ən məqsədəuyğun namizəd Manukyandır.

Ermənistan Milli Təhlükəsizlik xidmətinin keçmiş rəhbəri, “Vətən” partiyasının sədri Artur Vanetsyan deyib ki, artıq cəmiyyətdə Nikol Paşinyanın istefaya göndərilməsi ilə bağlı 100 faizlik konsensus var. Onun sözlərinə görə, planlaşdırılan ümumilli mitinqdə Vazgen Manukyan keçid hökuməti ilə bağlı bütün detalları açıqlayacaq.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button