İqtisadiyyat

Neft Fondunun gəlirləri açıqlandı: Xalis gəliri 0,38 faiz olub

Bu ilin 9 aylıq icra nəticələrinə əsasən Dövlət Neft Fondu(DNF) tərəfindən 44 milyard 226 milyon 500 min dollarlıq aktivlərin idarəedilməsindən məzənnə fərqi nəzərə alınmaqla xalis gəlir 162,1 mln. ABŞ dolları və ya 0,37 faiz təşkil edib.

AzToday.az xəbər verir ki, bu barədə iqtisadçı alim Qubad İbadoğlu məlumat verib. Onun sözlərinə görə, fondun xalis gəlirini azaldan valyuta məzənnə fərqindən itkilər və qızıl rezervləri olub:

“DNF-nin hesabat tarixinə məzənnə fərqi üzrə itkiləri 666 mln. ABŞ dolları təşkil edib. Valyutalar üzrə mənfi gəlirlilikdə əsas pay avroya (502,1 mln. ABŞ dolları), Türk lirəsinə (54,1 mln. ABŞ dolları) və Yapon yeninə (52,8 ABŞ dolları) məxsus olub. Qızılın qiymətinin ucuzlaşmasından 505 mln. ABŞ dolları fərq yaranıb. Beləliklə də DNF-nin bu ilin ilk 9 ayında büdcədənkənar xərcləri 1 milyard 171 milyon ABŞ dolları olub”.

Bənzər yazılar

Back to top button