İdman

“Real” dünya ulduzunu alır

“Real” “Bavariya”nın ulduzu Robert Levandovskini transfer etmək istəyir. Fanat.Az xəbər verir ki, “Kral Klubu” polşalı ulduzu gələn yay heyətinə qatmaq üçün almanlarla danışıqları davam etdirir.

Levandovskinin özünün də “Bavariya”dan getmək istədiyi deyilir. Hətta o, bu günlərdə Münhen klubunun transfer siyasətini tənqid etmişdi. Klubun PSJ qədər transferə pul ayırmamasından razı olmadığını bildirən futbolçunun Çempionlar Liqasını qazana biləcəyi bir kluba keçmək istədiyi bildirilir.

Qeyd edək ki, “Bavariya” Levandovskini 2014-cü ildə “Borussiya”dan transfer haqqı ödəmədən alıb. Hazırda “Tranmfermarkt” ona 80 milyon avro qiymət qoyub.

Bənzər yazılar

Back to top button