İqtisadiyyat

“Mərkəzi Bank sığorta şirkətlərinin etibarlılığını şübhə altına alır“ – Videoşərh

Azərbaycan Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmanətlərin sığortalanması mexanizminin yeni çərçivəsinə dair strategiya hazırlanıb. Strategiyaya əsasən “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda bəzi dəyişikliklər edilməsi Milli Məclisə təklif olunub.

Təkliflər sırasında əmanətlərin sığortalanması ilə yanaşı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesablarında olan 20 min manata kimi vəsaitlərin sığortalanması məsələsi də yer alıb. ADİF və Mərkəzi Bank bunu sahibkarların maliyyə risklərinin həssaslığı və bank sisteminə etimadın artırılması ilə izah edib. Amma bu təklif heç də bir mənalı qarşılanmayıb. Bəzi ekspertlər bildirirlər ki, sahibkarların bank hesablarındakı vəsaitlərin sığortalanması ADİF-ə həvalə edilə bilməz.

Sığorta eksperti İlkin İbrahimov “MediaPost”a bildirib ki, bu “Əmanətlərin sığortalanması haqqında” Qanuna ziddir. Bundan əlavə, cari hesabın əmanətdən fərqi olduğu kimi, sığortalanmanı da ADİF deyil, qeyri-həyat sığorta şirkətləri həyata keçirməlidir:

Bənzər yazılar

Back to top button