Siyasət

Lavrovdan Yerevana sətiraltı mesaj: “Danışıqları uzatmaq olmaz”

Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan Moskvada həmkarı Sergey Lavrovla görüşüb.

AzToday.az Modern.az-a istinadən xəbər verir ki, danışıqlardan sonra birgə mətbuat konfransı keçirən nazirlər danışıqlar prosesinə toxunublar.

“Dağlıq Qarabağda münaqişə iştirakçıları tərəfindən siyasi dialoqu uzatmaq olmaz”, – deyə Lavrov açıqlama verib. Bununla o, rəsmi Yerevanın danışıqlar prosesini ləngitmək cəhdinə cavab verib.

Zoqrab Mnatsakanyan isə növbəti dəfə rəsmi Bakının ünvanına qərəzli ittihamlar səsləndirərək Ermənistan tərəfinin qeyri-konstruktiv yanaşmasını növbəti dəfə ortaya qoyub.

Bənzər yazılar

Back to top button