ManşetSiyasət

“Onun məsələyə yanaşmasını…” – Ərdoğan Bakıda Putindən danışdı

“Biz bu gün qardaşımla ətraflı müzakirə apardıq. Nə üçün Qarabağ münaqişəsinin həlli bu günə qədər uzadıldı? 30 il nə üçün Qarabağda bu çilə çəkdirildi? Minsk üçlüsünün işi nə idi? Bunlar – ABŞ, Rusiya, Fransa dünyanın ən güclü ölkələri idi. Nədən bu iş bu qədər uzadıldı, nədən nəticələndirilmədi? Nəticə əldə edə bilməzdilərmi? Edə bilərdilər. Bəs nə üçün uzatdılar?”

AzToday.az xəbər verir ki, bunu bu gün Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra keçirilən mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti vurğulayıb ki, müharibə başlayandan daha sonra müsbət mesajlar gəlməyə başlayıb: “Bunların başında da Fransa… Davamlı şəkildə qardaşımı arayır, nəticələr əldə etməyə çalışırdılar. Zaman-zaman bizimlə də əlaqə saxlama istəyirdilər, doğrusu, biz cavab vermədik. Çünki bilirdik ki, dərd başqadır. Bunu da xüsusən qardaşlarımız artıq “göbəyimizi kəsəcəyik” dedilər və addımı atdılar, artıq iş həyata keçirməyə başladı. İş həyata keçməyə başlayandan sonra da biz burada hörməli Vladimir Putinlə danışıqlar apardıq. Eyni şəkildə işin diplomatik qismini xarici işlər nazirimiz Mövlud Çavuşoğlu həyata keçirdi. Xüsusən bu nöqtədə kəşfiyyat, müdafiə hissəsi həyata keçirildi. Bütün bu işlərlə birlikdə də hava çox fərqli formalaşmağa başladı. Mən burada Putinin məsələyə yanaşmasını da bir kənara qoya bilmərəm. Onun müsbət yanaşması da prosesin müsbət istiqamətdə davam etməsinə yardımçı oldu. İş də indiki nöqtəyə qədər gəlmiş oldu”. (APA)

Bənzər yazılar

Back to top button