Hadisə

Xüsusi təyinatlı vaqondan qaçan avtoritet tutuldu (RƏSMİ)

26 oktyabr 2017-ci il tarixdə Penitensiar Xidmət tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə gün öncə (23.10.2017) Bakı-Astara-Bakı dəmiryolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami Şirvan şəhərində tutularaq, istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır.

Bu barədə xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən “Qaynarinfo”ya verilən məlumatda bildirilib.

Qeyd edək ki, Əli Rasim oğlu Ağami Şirvan şəhərində anadan olub.

Digər təqsirləndirilən şəxs Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.

Bənzər yazılar

Back to top button