İdman

Dino Ndlovu həlledici oyunlara çağırıldı

“Qarabağ”ın hücumçusu Dino Ndlovu növbəti dəfə Cənubi Afrika Respublikasının (CAR) milli komandasına dəvət alıb.

Qol.az-ın CAR-ın Futbol Federasiyasının saytına istinadən yaydığı məlumata görə, baş məşqçi Stüart Bakster 27 yaşlı futbolçunu Seneqalla oyunlara çağırıb.

26 oyunçudan ibarət heyət ilk görüşünü noyabrın 10-da öz meydanında keçirəcək. Bu qarşılaşma əslində ötən il oynanılıb və CAR yığmasının qələbəsi ilə yekunlaşıb – 2:1. Lakin FİFA baş hakimin şübhəli qərarlar verdiyini əsas gətirərək, matçın yenidən keçirilməsinə qərar verib. Nəticədə görüş təxirə salınıb.

Noyabrın 14-də isə Seneqal və CAR Dakarda üz-üzə gələcək. 4 görüşdən sonra Seneqal 8 xalla D qrupuna başçılıq edir. Burkina Faso və Kabo Verde 5 oyundan 6 xal toplayıb. CAR isə 4 oyuna 4 xal toplayıb. Dino Ndlovunun komandası hər iki görüşdə qələbə qazansa, qrup lideri kimi 2018-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaq.

Bənzər yazılar

Back to top button