Siyasət

Rusiya Baş nazirinin Azərbaycana ikigünlük səfəri başladı

Rusiyanın Baş naziri Mixail Mişustinin Azərbaycana ikigünlük işgüzar səfəri başlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, o, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Əli Əsədovla görüşlər keçirəcək.

“Danışıqlar zamanı Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin müzakirəsi planlaşdırılır. Enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və digər sahələrdə birgə layihələrin təşviqinə xüsusi diqqət yetiriləcək”, – məlumatda deyilir.

TASS yazır ki, görüşlər və danışıqlardan sonra bir sıra hökumətlərarası və idarələrarası sənədlərin imzalanacağı gözlənilir.

Bənzər yazılar

Back to top button