CəmiyyətDünya

“Ərdoğanın başqa alternativi qalmayıb” (EKSPERT)

“Qarşıdakı günlərdə Türkiyədə vəziyyət tam nəzarətə götürülə bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Türkiyədə iki günlük elan olunan fövqəladə vəziyyəti şərh edərkən deyib.

Onun fikrincə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başqa alternativi qalmayıb:

Elxan Şahinoğlu

“Ona görə də bu yola əl atıblar. İki gün fövqəladə vəziyyət elan edilib. Sadəcə, aprelin 10-da Türkiyədə baş verən görüntülər məyyusluq yaratdı. Fövqəladə vəziyyət elan olunan anda insanların marketlərə hücumu başladı. Bunun özü xəstəliyin yayılması üçün təhlükəli ola bilər. Amma görünür, bu iki gün Türkiyə üçün çox vacibdir, virusun yayılmasını nəzarət altına almaq istəyirlər”.

Elxan Şahinoğlu hesab edir ki, Türkiyədəki vəziyyət faktiki Avropa dövlətlərində olduğu kimi deyil:

“Amma Türkiyə ərazisi kimi əhalisi də böyükdür. Məqsədləri virusun bu yolla yayılmasının qarşısını almaqdır. Əgər buna nail olunsa, düşünürəm ki, qarşıdakı günlədə də vəziyyət tam nəzarətə götürülə bilər”.

Qeyd deək ki, Türkiyədə koronavirusla mübarizəyə görə 48 saatlıq komendant saatı tətbiq edilib.

Bənzər yazılar

Back to top button