Evindən 1 milyon oğurlanan alimə ittiham – “Qızımı haqsız türməyə saldırıb”

Print Friendly, PDF & Email

“Heç bir əsas olmadan qızım Zeynalova Xanım Abduləli qızını Kürdəxanı türməsinə saldıran Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Aybəniz Əliyeva həqiqəti danışdığıma,hüququmuzu tələb etdiyimə,başıma gələnləri ictimailəşdirdiyimə görə məni Nəsimi rayon məhkəməsinə verib.İşdi dünyamı dəyişsəm, bilin ki, səbəbkarı Aybəniz Əliyevadır.Uzun müddət ürək tutmalarım oldu,hazırda şəhər 5 nömrəli Xəstəxanasının Kardioloji şöbəsində müalicə alıram.
Bu fikirlər TİA.AZ-a müraciət edən Bakı şəhəri Yasamal rayonu Zaur Kərimov küçəsi,ev 186-da yaşayan 3-qrup əlil Zeynalov Abduləli Mirzə oğluna (AZE-N- 08781897) məxsusdur.

Zeynalov Abduləlinin TİA.AZ-a göndərdiyi şikayət ərizəsində qızının AMEA Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyevanın şikayəti əsasında həbs edildiyini yazıb. Ata bu məsələdə qızını günahkar saymır.
Həmin şikayət məktubunu olduğu təqdim edirik:

“M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Aybəniz Əliyevaya cavab

Mən soruşmaq istəyirəm ki,nə vaxtdan başıma gələnləri ictimailəşdirmək (Bəzi xüsüsatlar istisna olmaqla) istintaq sirri hesab edilib ki,Aybəniz Əliyeva ötən ay saytlara,qəzetlərə göndərdiyim məlumatları əsas götürüb məni də məhkəməyə verib.Guya şərəf və ləyaqətini təhqir etmişəm,Dövlət Mədəniyyət və İncəsənət Universitetində prorektor işləyən qızı Gülşən Əliyeva barəsində həqiqətləri danışmağım da həqarət sayılıb.Əgər sağ qalsam, Aybəniz və Gülşən Əliyevalar haqqında elə faktlar açıqlayacam ki,görək onlar inistitutda işləməkdə nə qədər haqlıdırlar,sizlər biləsiniz.Onları müdafiə edən prokurorun adını çəkib,ondan Respublikanın Baş Prokuroru Zakir Qaralova şikayət edəcəm.

Hələlik isə onu bildirirəm nə vaxtdan “536 min ABŞ dolları,143 min mant dəyərində qızıl- zinət əşyalarının oğurlanmasına dair şərlənib” demək istintaq sirrinin yayılması hesab olunub.Bu açıqlamalarıma görə məni məhkəməyə verən Aybəniz Əliyeva elə düşünürsə ki,o və qızı Gülşən Əliyeva barəsində bildiklərimə görə susacam, yanılır.Əksnə o, məni təhqir edib, mətbuatda evindən oğurlanan pul və qızılılın miqdarından xəbərinin olmadığını açıqlamaqla səhvini etiraf edib.Digər tərəfdən bu başqa anlama gəlir,onun “oğurlanan”məbləğdən xəbəri yoxdu və yaxud ailənin o qədər pulu olub ki,sayını itiriblər,ona görə də ”ogurlanan”pulu təxmini hesablayıblar. Baxın,Aybəniz Əliyeva bu barədə mətbuata nə deyir. Sitat :”Polis mənim qızıl-zinət əşyalarımın dəyərini hesablayıb.Mən nə yazıldığını bilmirəm.Evimdən hər şeyimizi- paltarımızı,”postelimizi”, əşyalarımızı üç il müddətində aparıblar.Mən hesablamamışam,bilmirəm nə qədər ziyan vurulub.Əlimi atdıqca görmüşəm ki,əşyalarım yoxdur”.

İndi sual edirəm:Əşyalar 536 min ABŞ dolları edir? Birdə deyir ki,üç il müddətinə oğurlanıb.Birincisi, qızım Xanım Zeynalova 2010-cu ildən 2014-cü ilə qədər Aybəniz Əliyevanın evində xadimə işləyib.2015-ci ilin yanvarın -24 dən Bakı Metropolitenində işləməyə başlayıb.( Bakı Metropoliteninə sorğu verilə bilər) 2015-ci il oktyabr ayının 19-da isə Aybəniz Əliyeva oğurluq barəsində polisə müraciət edib Yəni,8 ay sonra. Buradan da bir qənaətə gəlinməyib.

Lakin,2017-ci il iyul ayının 21-də onun təkrar polisə şikayəti əsasında qızım saxlanlıb.Yəni,Aybəniz Əliyeva həqiqətən əmindir ki,üç il müddətində itən əşyalarından,evinə gəlib gedən digər şəxslərdən xəbərsiz olub? Ola bilsin Aybəniz Əliyevanın evindən oğurluq olub,amma o həqiqətən səmimidir ki,bunu mənim qızım edib?

Aybəniz Əliyeva hər halda gərək onun evinə gələn digər şəxslərə də bir nəzər yetirəydi.Nəvəsinin dəbdəbəli həyatına diqqət yetirib,2016-cı ildə aldığı iki xarici maşını-“Kadilak” və “Lambardino” kimi avtomobilləri də bir nəzərdən keçirəydi.Hansı rejissor fotosessiya etməklə bir-iki ilə qiyməti üç yüz min manatla ölçülən maşın ala bilər?O, bu və ya digər məsələlər barəsində düşünsün.
Buradan bir daha aydın olur ki,A.Əliyevanın 536 min ABŞ dolları yox,əşyaları oğurlanıb ki,bu da yanlış hesablama səbəbindən “şişirdilərək” 536 min ABŞ dolları edilib.

İndi də qayıdaq mənim onu təhqir etməyimə, görək mən yoxsa o və qızı məni təhqir edib.Mənim mətbuata göndərdiyim məlumatlara qaldırılsın baxılsın,yəqin onda mənə dair suala aydınlıq əyani şəkildə gətirilər.O ki qaldı, Aybəniz və qızı Gülşən Əliyevaya, görək onlar mətbuata nə danışıblar? Bir nümunə çəkirəm.Sitat:”Bu adamlar bizim evimizdən 500 min aparıblar,mən bir professoram,ədəbiyyatçıyam,Abduləli isə heç kimdir”.

Göründüyü kimi, “bu adamlar”deməklə artıq bütün ailə üzvlərini və məni də oğru edir .Aybəniz Əliyevanın qızı.İndi siz ədəbyatçıya baxın ki,qızıma dair irəli sürülən oğurluq ittihamı subut olunmayıb,ittihamın özü isə qızım Xanım Zeynalovaya dair irəli sürüldüyü halda zəhmətkeş bir ailənin bütün üzvləri oğru olur ki,bu da böhtandır.Ona görə də məhkəməyə Gülşən Əliyevanın özü verilməlidir.Belə professor danışığı olar?

Bu xanım düşünmür ki,Abduləli sənin üçün heç kim ola bilər,amma 50 il zəhmətlə çalışıb,yol idarəsində fəhlə işləyib, yəqin onun əmək fəaliyyətindən bu dövlətin möhkəmlənməsinə də bir pay düşüb.Amma, Abduləli Zeynalov heç kimsəyə taksi tutub,əlinə də kislota verib cinayətə sövq etməyib,onun-bunun adını haralarasa yazdırıb əmək haqqısını mənimsəməyib, ali məktəbə tələbə düzəldib rüşvət almayıb.Bunlar olsaydı,yəqin onun da evində dollar,qızıl-zinət əşyalarından olardı.

Bir sözlə mənim qızım 143 min manat dəyərində qızıl-zinət əşyaları, 536 min ABŞ dolları oğurlamayıb.Mətbuata göndərdiyim məlumatlar da istintaq sirri sayla bilməz.Mən qızımın haqqını sona qədər müdafiə edəcəm,məhkəmə ilə təhdid edilməyim də yersizdir”.

Məlumat üçün bildirək ki, ötən ay Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Aybəniz Əliyevanın evindən 536 min ABŞ dolları, 143 min mant dəyərində qızıl-zinət əşyalarının Zeynalova Xanım Abduləli qızı tərəfindən oğurlanmasına, onun alim tərəfindən Kürdəxanı türməsinə salınmasına dair saytlarda,qəzetlərdə məlumatlar yayılmışdı.

A.Əliyevanın da mövqeyini dərc etməyə hazırıq.