Neymar cəzalandırıldı

Print Friendly, PDF & Email

Fransa Futbol Federasiyasının İntizam Komitəsi PSJ-nin futbolçusu Neymarı cəzalandırıb.

Qol.az-ın yaydığı xəbərə görə, buna onun Fransa Liqasında “Marsel”ə qarşı görüşdə qırmızı vərəqə alması (iki sarı vərəqə) səbəb olub. Braziliyalı hücumçu biri şərti olmaqla iki oyunluq cəzalandırıb. Belə hal təkrarlanacağı təqdirdə, şərti cəza da qüvvəyə minəcək.

Bununla da, Neymar ölkə çempionatının 11-ci turunda “Nitsa” ilə oyunu buraxacaq.