İdman

Rusiya millisinin oyunçusu Trampın şam yeməyinə qonaq oldu

ABŞ Milli Hokkey Liqasının “Vaşinqton Kepitalz” klubunun forvardı Aleksndr Oveçkin Prezident Donald Trampın Milad şam yeməyinə qatılıb.

Qaynarinfo xəbər verir ki, rusiyalı oyunçu şam yeməyində həyat yoldaşı Anastasiya Şubskaya ilə birlikdə iştirak edib. Oveçkin bu haqda İnstaqramdakı hesabında qeyd edib.

“Cənab prezident, görüşümüzə şadam”, – o yazıb.

Şam yeməyində Rusiya millisinin oyunçusu ABŞ liderinə öz formasını hədiyyə edib.

Qeyd edək ki, buna qədər də Oveçkinin Trampla görüşü olub. Tramp özü Oveçkinin hokkey istedadının pərəstişkarı olduğunu bildirib.

Bənzər yazılar

Back to top button