Dünya

Katalanlar müstəqilliyə, ispanlar muxtariyyətin ləğvinə hazırlaşır

İspaniya Senatı Kataloniyanın muxtariyyət hüququnun ləğvi üçün səsvermə keçirəcək. Kataloniya parlamentinə isə müstəqilliyin elanını nəzərdə tutan təklif irəli sürülüb.

“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, ötən həftə İspaniya prezidenti Mariana Raxoy tərəfindən qəbul edilmiş Kataloniyanın muxtariyyətinin ləğvi məsələsi bu gün öz həllini tapacaq.

Digər tərəfdən isə bu qərara qarşı çıxan Kataloniyanın “Junts pel Si” və “CUP” qruplarının parlamentə təqdim etdikləri müstəqillik elanı təklifi səsverməyə çıxarılacaq.

Qeyd edək ki, əgər Kataloniyanın müstəqilliyi ləğv edilsə, prezident Karles Puiqdemont vəzifəsindən azad ediləcək və mərkəzi idarəçilik İspaniyaya keçəcək.
Puiqdemont isə Kataloniyanın müstəqillik elanına parlamentin qərar verəcəyini açıqlayıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button