Bizim seçimGündəmHadisə

Sərhəddə Ermənistan Ordusunun zabiti başından vuruldu

Ermənistan-Azərbaycan dövlət sərhədinin Qazax rayonu istiqamətində təxribata cəhd göstərən Ermənistan Ordusunun zabiti vurulub.

“AzeriDefence”nin məlumatına görə, hadisə fevralın 15-də səhər saatlarında baş verib.

Atəşkəsi pozan düşmən ordusunun zabiti başından vurulub. Ağır vəziyyətdə olan yaralı zabit İrəvanda hərbi hospitala yerləşdirilib.

Ermənistanın Müdafiə Nazirliyi ənənəvi şəkildə xəbəri ictimaiyyətdən gizlətsə də, fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə debatda Ermənistanın baş naziri Nikol Paşinyan bunu etiraf edib.

Bənzər yazılar

Back to top button