Dünya

Kataloniya müstəqilliyini elan etdi

İspaniyanın tərkibindəki Kataloniya muxtar vilayəti müstəqilliyini elan etdi.

“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, Kataloniya parlamentinə təqdim edilmiş müstəqilliyin elanı təklifi səsverməyə çıxarılıb və müstəqilliyin elan edilməsi üçün səs verilib. Kataloniya prezidenti Karles Puiqdemont xanımı ilə birlikdə səsvermə zamanı parlamentdə olub.

Səslərin sayılması yeni yekunlaşıb və parlament üzvlərinin böyük əksəriyyəti “Hə” cavabını verib. Müstəqilliyə 70 nəfər “Hə”, 10 nəfər “Yox” cavabını verib, 2 nəfər isə tərəfsiz qalıb.

Qeyd edək ki, İspaniya höküməti bu gün Kataloniyanın muxtariyyətinin ləğvi barədə Senatda səsvermə keçirməyi planlaşdırır. Lakin muxtar vilayət artıq müstəqilliyini elan edib.

Parlamentdə himn səsləndirilib və Barselona küçələrində insanlar müstəqilliyi qeyd etməyə başlayıblar.

Bənzər yazılar

Back to top button