Digər

COVİD-lə bağlı bilməli olduğunuz vacib məqamlar – Məşhur həkim

Cəmiyyətdə koronavirusla bağlı yayılan məlumatlara Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev aydınlıq gətirməyə çalışıb.

Qaynarinfo xəbər verir ki, həkim geniş ictimaiyyətin bilməli olduğu vacib məqamları açıqlayıb:

– Qəti surətdə ağızdan ağıza, qonşuların, qohumların məsləhəti ilə müalicələr etməyin! Çox vacibdir! Son günlərdə təəssüflər olsun ki, özbaşına müalicə alıb ağırlaşan və hətta ölən xəstələr müşahidə edirik!

– Heç bir şikayəti olmayan-xəstəlik əlamətləri olmayanlar, profilaktika üçün heç bir dərman, sistem qəbul etməyin! Bunların xeyri yox, ziyanı olur!

– Əgər sizdə COVİD-19-un əlamətləri başlayıbsa, panikaya düşüb antibiotik, sistem, deksametazon qəbul etməyin! İlk günlərdə bunların xeyri yox, ziyanı olur!

– Əlamətlər başlayan ilk 5 gündə favipiravir preparatı kömək edir (tam təsdiqi olmasa da!)

– İlk 1 həftədə şəkərli diabeti və digər damar xəstəlikləri olmayanlar, qızdırması 38-dən aşağı olanlar, mədə və 12 barmaq bağırsaq xorası olmayanlar gündə 1 dəfə 100 mq aspirin yeməkdən sonra, vit C – gündəlik 1000 mq-a qədər, vit D – gündəlik 3500 tv, sink, selen, maqnezium qəbul etsin.

– Bununla bərabər qızdırma 38-dən yuxarı qalxarsa, əlavə olaraq 500 mq parasetamol və ya parasetamol tərkibli qriphot, koldreks və s. qəbul edə bilərsiz.

– Saturasiyası 90-dan aşağı düşərsə, təcili yardıma zəng edib stasionar müalicəsi tələb edin!

– Xəstəlik əlamətləri olanlar qanın ümumi analizi, crp, koaquloqramma, d-dimer, ferritin analizləri versə, yaxşı olar.

– Saturasiya 90-dan aşağı düşərsə, mütləq KT müayinəsi edin!

– Professional, COVİD-19 xəstəliyinin müalicəsi ilə məşğul olmayan həkimin məsləhəti olmadan antibiotik, deksametazon qəbul etməyin!

– 3 məşhur qaydaya – maska, məsafə və əl gigiyenasına ciddi riayət edin! Özünüzü qoruyun! Sağlam olun…

Bənzər yazılar

Back to top button