Hadisə

Nazirlikdən yaralananlarla bağlı açıqlama : 2 nəfərin vəziyyəti ağırdır

Goranboyda çaya düşən avtobusda xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Nazirliyin verdiyi məlumata görə, qəzada 25 nəfər xəsarət alıb.

Onlardan ikisi Gəncə Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qalan 23 nəfər isə Goranboy RMX-da müalicə alır.

Qeyd edək ki, Goranboy rayonunda fəhlələri daşıyan avtobus qəza nəticəsində körpüdən aşaraq çaya düşüb. Hadisə Dəliməmmədli şəhərində qeydə alınıb.

Bənzər yazılar

Back to top button