Dünya

“Savaşı önləməyin tək yolu torpaqları qaytarmaq idi”- Paşinyan müxalifətə cavab verdi

Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətin ittihamlarına cavab verib.

Qaynarinfo xəbər verir ki, Paşinyan bu barədə “Facebook” səhifəsində paylaşım edib. O, müxalifətin tez-tez elastik siyasət yürüdüləcəyi halda müharibədən qaçmağın mümkün olduğu barədə danışmasını qəbul etməyib.

“Bizi ittiham edənlər niyə elastik siyasətlə 2016-cı ilin aprelində savaşı önləyə bilmədilər?.. Savaşı önləməyin bir yolu vardı: Torpaqları qaytarmaq!.. Bizi satqınlıqda suçlayanlar da var. Bizim 2 ildən bəri bir günahımız var. O da illərlə xalqdan soyulmuş pulları soyğunçulardan geri almamaq və bu pulla müharibəyə hazırlaşmamaq”, – deyə Nikol Paşinyan əlavə edib.

Bənzər yazılar

Back to top button