İdman

Pikenin Şakiraya daha bir xəyanətinin üstü açıldı – FOTOLAR

“Barselona”nın müdafiəçisi Jerar Pikenin həyat yoldaşı Şakiraya daha bir xəyanətinin üstü açılıb.

Fanat.az xəbər verir ki, kolumbiyalı müğənninin Pikedən boşanması prosesi məhz onun illər əvvəl aldatma faktının təsdiqlənməsindən sonra sürətlənib.

Argentinalı paparassilər futbolçunun məşhur aktyor Leonardo Di Kaprio ilə sevgili olan tanınmış israilli model Bar Refaeli ilə qeyri-qanuni münasibətdə olduğunu üzə çıxarıb. Jurnalist Martini bu barədə dəlilləri bir müddət əvvəl Şakiraya təqdim edib:

“Onlar arasında fikir ayrılığı ona görə başladı ki, Şakira Raffaelli ilə Pikenin mesajlarını tapdı. Onlar sadəcə mesaj deyildi. Görüşlər də təşkil etmişdilər”.

Raffaellidən jurnalistin sözlərini şərh etməyi xahiş ediblər. O isə qısaca olaraq: “Pike ilə yaxşı dostuq, bu qədər…”, – deməklə kifayətlənib.

Lakin jurnalist Martinin daha da irəli gedərək xəyanət faktını sübuta yetirib: “Bir neçə gün əvvəl məndə olan məlumatları Şakiraya göndərdim. Onun tutduğu xəfiyyə Pikenin Raffaelli ilə münasibətini aydınlaşdırıb. Mənim dostum Raffaellinin yaxın rəfiqəsidir. O, ikilinin qeyri-qanuni münasibətdə olduğunu təsdiqləyib. Model Pikeylə görüşmək üçün tez-tez Barselonaya gedib. Bunu biletlər, otel çekləri və sairdən də görmək mümkündür”.

Bənzər yazılar

Back to top button