İdman

“Real” futbolçusuna qiymət qoydu – 500 milyon avro

“Real” “Yuventus”un israrla istədiyi Rafael Varanı satmaq istəmir.

Fanat.Az xəbər verir ki, “Goal”ın əldə etdiyi məlumata görə, “Kral Klubu”nun rəhbərliyi fransalı ulduzu heyətinə qatmaq istəyən klubların qarşısını kəsmək üçün onun müqaviləsindəki sərbəst qalma bəndiində göstərilən məbləği – 500 milyon avronu tələb edəcək. “Real” rəhbərliyi bu məbləği endirmək niyyətində deyil.

Son dünya çempionatının və 4 dəfə Çempionlar Liqasının qalibi olan Varanın “Real”dan ayrılaraq “Yuventus”a keçmək istədiyi deyilir. Lakin baş məşqçi Zinəddin Zidan 2023-cü ilədək müqaviləsi olan həmyerlisinin getməsini istəmir və onu yola gətirməyə çalışır. “L’Equipe” məlumatına görə, Zidana “yox” deyə bilməyən futbolçu yekun qərarını verməyə çətinlik çəkr.

Bənzər yazılar

Back to top button