İdman

Messi üçün daha bir yubiley

İspaniya La Liqasının 17-ci turunda “Hueska” ilə keçirilən oyun “Barselona”nın kapitanı Lionel Messi üçün daha bir yubileylə əlamətdar olub.

Qol.az xəbər verir ki, La Liqada 500-cü matçını keçirən argentinalı hücumçu həm də 300-cü məhsuldar ötürməsinə imza atıb.

Oyunda yeganə qolun müəllifi Frenki De Yonqa ötürməni məhz Messi verib. O, “Barselona”nın heyətində 750 matçda 260, Argentina yığmasının heyətində 142 matçda 40 ötürmə edib.

33 yaşlı hücumçu İspaniya çempionatında 451 qol vurub və 185 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button