İdman

İbrahimoviç “Yuventus”la oyunu buraxacaq

“Milan” İtaliya A Seriyasının XVI turunun “Yuventus”la oyununa ciddi itki ilə çıxacaq.

“Report” “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın futbolçusu Zlatan İbrahimoviç vacib qarşılaşmada da iştirak edə bilməyəcək.

Hələlik fərdi məşqlərlə kifayətlənən isveçli hücumçunun yaşıl meydana yanvarın 18-də “Kalyari”yə qarşı matçla qayıdacağı gözlənilir.

Qeyd edək ki, yanvarın 6-da keçiriləcək “Milan” – “Yuventus” görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Milan şəhərinin eyniadlı təmsilçisi 37 xalla turnir cədvəlinə başçılıq edir. 27 xalı olan Turin klubu isə 5-ci pillədə qərarlaşıb.

Bənzər yazılar

Back to top button