GündəmHadisə

GDU-nun fəxri professoru ilə bağlı ŞOK MÜRACİƏT

Gəncə Dövlət Universitetinin fizikf kafedrasının baş müəllimi Hacıyev Fikrət Bala oğlu prezident İlham Əliyevə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

“Cənab Prezident! GDU-da uzun illərdir Eldar Mahmudovun cinayətkar dəstəsinə sədaqətlə xidmət edən keçmiş kafedra müdirim Zakir Zeynalov fizikadan heç 9-cu sinif səviyyəsində savadı olmadığına baxmayaraq dekan vəzifəsinə təyin olunub və GDU-nun fəxri professoru adına layiq görülüb. Halbuki o, zaman-zaman ümummilli lider Heydər Əliyevin ünvanına da müxtəlif böhtanları səsələndirib.

Zakir Zeynalovun ümummilli Liderimiz haqqında sözlərini mən Eldar Mahmudova yazmışdım. Bundan sonra MTN tərəfindən universitetdən işdən qovulmuşdum. Elə bu sübut edir ki, Zakir Zeynalov Eldar Mahmudovun dəstəsindəndir və onun göstərişi ilə Heydər Əliyev əleyhinə təbliğat aparır. 52 və 29 sutkalıq iki aclıq aksiyasından və 15 məhkəmə qərarından sonra yarımcan vəziyyətdə işimə bərpa olsam da, bu mənəvi şikəst şəxs hər vasitə ilə mənim həyatımı cəhənnəmə çevirir”.

Daha sonra dia.az-a daxil olan müraciətdə deyilir: “27.04.2016 tarixində Baş Prokurorluğa Zakir Zeynalovun 22.04.2016 tarixində FHN-nin əməkdaşlarına rüşvət verərək guya GDU-nun II korpusunda civə buxarlarının olmaması barədə saxta arayış alması barədə şikayət etmişəm. Ancaq bir ilə yaxındır mənə cavab göndərirlər ki, şikayətinizə 2012-ci ildə Gəncə şəhər Prokurorluğunda baxılıb. Bu biabırçılıq haqqında DTX-ya da yazdım, nəticədə e-mail ünvanlarım DTX tərəfindən bloklandı və şikayətlərim DTX-ya daha çatmır. “Mahmudovçu” Zakir Zeynalovun belə “qorunmasının” səbəblərini araşdırılmasına sərəncam verməyinizi xahiş edirəm”.
Qarşı tərəfi də dinləməyə hazırıq…

Bənzər yazılar

Back to top button