Mədəniyyət

Əli Mirəliyevdən Ədalət Şükürova sərt irad: “Dövlət işinə qarışma…”

Müğənni Əli Mirəliyev həmkarı Ədalət Şükürovun Bakı Nəqliyyat Agentliyini (BNA) ilə bağlı paylaşımını sərt şəkildə tənqid edib.

Qaynarinfo xəbər verir ki, ifaçı bu gün həmkarlarının öz sənətlərindən başqa hər işlə məşğul olduqlarını dilə gətirib.

O, müğənnilərə yaradıcılıqla məşğul olmağı və dövlət işlərinə qarışmamağı tövsiyə edib:

“İndi heç bir müğənni Azərbaycan mahnı janrını ifa edə bilmir. Bunların çoxunun fikri budur ki, hamısı millət vəkili olub dövlətdən qrant almaqdır. Hamısı şəxsi mənafeyini güdür. Mən konkret olaraq bilmirəm Ədalət nə deyib. Amma ifaçının işi oxumaqdır. Müğənni başını aşağı salıb işiylə məşğul olmalıdır. Onun dövlət işinə və dövlət qurumuna qarışmaq ixtiyarı yoxdur. Oxuya bilirsə, mahnısını oxusun, başqa işlərə qarışmasın”.

Bənzər yazılar

Back to top button