Hadisə

Qonşu ölkədə neft yatağında yanğında 4 nəfər öldü

İranın Buşehr əyalətində neft yatağında yanğın baş verib.
APA-nın IRNA agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 4 nəfər ölüb. Yanğın baş verən neft yatağı Omidiye və Bəndər-Deylem şəhərləri arasında yerləşir. Yanğının söndürülməsinə bir neçə vertolyot da cəlb edilib. Yanğının səbəbi araşdırılır.
Qeyd edək ki, bu, son 3 gündə İranın neft obyektlərində baş verən ikinci yanğındır. Oktyabrın 27-də Tehranda neft emalı zavodunda partlayışla müşayiət olunan yanğın baş verib, 6 nəfər ölüb.

Bənzər yazılar

Back to top button