Cəmiyyət

Göbələk mövsümü başlayıb: qiymətlər neçəyədir? (VİDEO)

Bazarlarda piştaxları göbələklər bəzəyir.

AzToday.az-ın “Xəzər TV”yə istinadən məlumatına görə, görünüşləri kimi göbələklərin qiymətləri də müxtəlifdir. Satıcıların sözlərinə görə göbəklərin qiymət fərqi daha çox ölçüsünə görədir. Qiymətlər isə 2 -3,50 manat arasında dəyişir.

Satıclar bildirilər ki, indi göqbələyin mövsümü olsa da, bunun qiymətlərə təsiri gözlənilmir. Alıcılar isə mövsümünə uyğun göbələklərin qiymətinin münasib olduğunu bildiridilər. Göbələyin təzə və ya köhnəliyini bilmək üçün isə sadəcə bir necə nüansa fikir vermək kifayətdir.

Satıcıların sözlərinə görə, hər səhər bazarlara gələn göbələklər labaratoriyada yoxlanıldıqdan sonra satışa buraxılır. Ən təhlükəsiz göbələk “şampinion” hesab edildiyinə görə onun satışına icazə verilir. Çünki bu göbələkdən hec vaxt zəhərlənmə halı baş vermir.

Ümumiyyətlə, hər hansı bir neqativ halın baş verməməsi üçün meşələrdən, yol kənarlarından göbələk almaq tövsüyə olunmur.

Bənzər yazılar

Back to top button