Cəmiyyət

Ekspert “WhatsApp”la “Telegram”ın fərqini açıqladı: hansı təhlükəsizdir?

Kortəbii şəkildə “Telegram”a axın etmək ağıllı qərar deyil”.

Qaynarinfo xəbər verir ki, bu fikirləri informasiya texnologiyaları sahəsində ekspert olan Fərid Pərdəşünas son günlər “WhatsApp”la bağlı yaranmış ajiotajı şərh edərkən deyib.

Onun sözlərinə görə, “WhatsApp” “Telegram”la müqayisədə daha təhlükəsiz sayıla bilər:

“Bunlar arasında ən önəmli gizlilik fərqini bəsit dildə izah edim. Öz istifadə etdiyiniz mobil nömrənizlə “WhatsApp” hesabınızı başqa bir smartfonda açın. Bu zaman görəcəksiniz ki, hesab tam boşdur. Heç bir yazışma yoxdur. Amma öz nömrənizlə “Telegram” hesabınızı başqa bir cihazda açın, bu zaman görəcəksiniz ki, bütün yazışmalar və çatlar həmin telefonda da açıldı. Bəli, “Telegram” hesabı sosial şəbəkə məntiqi ilə saxlayır. Yəni, siz telefon nömrənizi başqasına versəz və ya hesabınız oğurlansa, çatlarınız oxunacaq. Lakin “WhatsApp” üçün bu keçərli deyil. Çünki “Whatsapp” məlumatları serverində yox, istifadəçisinin cloud yaddaşında saxlayır. Son zamanlar çoxlu “WhatsApp” hesabı oğurlansa da, heç kəsin yazışmaları ortaya çıxmadı. Səbəb də dediyim bu məntiq idi. Əlavə olaraq “Telegram” “WhatsApp”dan fərqli olaraq qrup mesajlarını şifrələmir. Yəni məsələyə texniki cəhətdən bələd olmadan qərar vermək doğru deyil”.

Bənzər yazılar

Back to top button