Hadisə

“Araz” supermarket məhkəmə qarşısında – İşə Ali Məhkəmədə baxılacaq

Ölkənin aparıcı supermarketlər şəbəkəsindən biri olan “Araz”a qarşı məhkəmə iddiası qaldırılıb.

Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bədəlov Bəxtiyar Əbülfəz oğlu tərəfindən qaldırılıb.

Şikayətçi “Araz” supermarketindən işə bərpa olunmasını və əmək haqqını tələb edir.

Qeyd edək ki, iddia Ali Məhkəmənin hakimi Vüqar Həsənovun icraatına verilib.

Məlumat üçün bildirək ki, 2011-ci ildə dövlət qeydiyyatına alınan “Araz Supermarket” MMC-nin nizamnamə kapitalı 7 milyon 55 min 20 manat, qanuni təmsilçisi isə Rəşad Arif oğlu İbrahimovdur.

“Araz” supermarketləri OBA və SPAR marketəri ilə birlikdə “Veysəloğlu” MMC-yə məxsusdur. Bakı şəhəri Nizami rayonu 2-ci eninə, ev 2 ünvanında qeydiyyatda olan “Veysəloğlu” MMC-nin nizamnamə kapitalı 8 milyon 826 min 172 manatdır.

2006-cı ilin may ayının 22-də dövlət qeydiyyatına alınan “Veysəloğlu” MMC-nin qanuni təmsilçisi Bəxtiyar Allahverdi Adil oğludur. Bəxtiyar Allahverdi eyni zamanda “Veysəloğlu” şirkətinin baş direktorudur.

Bənzər yazılar

Back to top button