Artıq tibb işçiləri 1 telefon zəngi qədər yaxındır! (VİDEO)

Print Friendly, PDF & Email

Ölkənin fəaliyyət istiqamətlərində ən önəmli paylardan birinə sahib olan Səhiyyə Azərbaycanda da böyük sürətlə inkişaf etdirilir. Bu inkişafın bariz nümunələrindən biri 103 – Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətidir ki, burada ən yeni çağrı mərkəzi sistemindən istifadə olunur.

İşgüzar mühitdə öz idarəetmə məhsulları ilə formalaşan və böyük nüfuz qazanan Pronet – Prospect ERP şirkətinin məhsulu “ProCALL” sistemi artıq 10 ildir ki, 103 – Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətində istifadədədir. Sistemə keçid dövründən danışarkən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Baş həkimi Rauf Nağıyev qeyd edir ki, “Elə bir keçid etməliydik ki, əhali bunu hiss etməsin. Biz də elə etdik ki, bu da bizim əməkdaşlarımız və məhz sizin şirkətinizin əməyi idi ki, heç bir şikayət və narazılıq olmadı. Elə formada oldu ki, sanki bu sistemdə işləmişdik”.

Pronet – Prospect ERP şirkətinin texniki direktoru Zaur Məmmədov 10 il öncəni xatırladı və bildirdi ki, “Yeni sistemə keçid qısa müddətə və yüksək səviyyədə olmalı idi, çünki, nəzərə alsaq ki, bir zəng bir insan həyatının xilasına xidmət edir, daxil olan heç bir zəng itməməli idi. Odur ki, bütün gecəni şirkətimizin komandası dayanmadan işlədi. Sistemə keçidi çox uğurla başa vurduq”.

Pronet – Prospect ERP Şirkəti ilə Səhiyyə Nazirliyinin əməkdaşlığı yalnız ProCALL sistemi ilə yekunlaşmır. Həmçinin Nazirlikdə ProDOC (Elektron Sənəd Dövriyyəsi sistemi), 113 – Regional Sanitar Aviasiya xidmətində ProCall (Telefoniya və Qaynar Xətlərin İdarəolunması sistemi) və 2 saylı Tibb Texnikomunda ProASK (İmtahan Attestasiya Proseslərinin Avtomatlaşdırılması Sistemi) sistemlərinə etibar olunur.