İdman

“Fənərbağça” baş məşqçisini göndərir

Türkiyə Super Liqasının 37-ci turunda “Qalatasaray”a 0:3 hesabı ilə uduzaraq çempionluq şansınıəldən verən “Fənərbağça” baş məşqçisi Jorji Jezuş yollamaq niyyətindədir.

Fanat.az xəbər verir ki, bu barədə “Sabah” məlumat yayıb.

Xəbərə görə, İstanbul klubunu Türkiyə Kubokunun finalında “Başakşəhər”ə qarşı oyuna yeni baş məşqçi ilə çıxa bilər. Mənbənin yazdığına görə, bu posta ən real namizəd “Adana Demirposr”un italiyalı çalışdırıcısı Vinsento Montelladır.

Qeyd edək ki, “Fənərbağça” – “Başakşəhər” matçı iyunun 11-də keçiriləcək.

Bənzər yazılar

Back to top button