İdman

“Barselona” onun transferindən imtina etdi

“Barselona” bu qış transfer pəncərəsində “Mançester Siti”nun futbolçusu Erik Qarsiyanı heyətinə qatmayacaq.

Qol.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Bildirilib ki, Kataloniya klubunda prezident səlahiyyətlərini icra edən Karles Tuskets bu vəzifəyə digər namizədlərlə gənc müdafiəçinin transferini müzakirə ediblər. Namizədlərdən cəmi bir nəfəri bu transferə razılıq verib, ikisi isə imtina edib. Buna görə oyunçunun transferi bu qış baş tutmayacaq.

Qeyd edəkl ki, Qarsiya bu mövsüm bütün turnirlərdə 7 matçda oynayıb.

Bənzər yazılar

Back to top button