Bizim seçimİqtisadiyyatManşet

“HAFKA”dan 772 MİLYON QAYTARMAQ TƏLƏB OLUNUR! – “Rəsmi orqanları da işə qoşublar”

“Hafka” adı ilə məşhur olan, bir zamanlar Fransada hətta stadionda azarkeşlərə dollar paylayan,  hazırda müflisləşdiyini bəyan edən sahibkar Hafiz Məmmədov iflasa uğramasına görə,  Beynəlxalq Bankın həbsdə olan sabiq prezidenti Cahangir Hacıyev başda olmaqla keçmiş biznes ortaqlarını itiham edir.

Biznesmen haqqin.az-da dərc olunmuş sensasiyalı məktubunda iddia edir ki,  keçmiş ortaqları onun “Bank of Azerbaijan” bankını axırıncı qəpiyinə qədər soyublar və üzərinə yüz milyonlarla dollar borc yükləyiblər.  Bu borcla bağlı olaraq Hafiz Məmmədov,  keçmiş biznes ortaqlarının və məhkəmə orqanlarının mənəvi, maddi təzyiqləri altında olduğunu bildirir.
Onun yazdığından belə məlum olur ki, hazırda Hafiz Məmmədovdan yalnız vaxtilə Beynəlxalq Bankdan aldığı kreditlərə görə  772.5 milyon manat qaytarmaq tələb edilir.

“AzPolitika.ino” xatırladır ki, Beynəlxalq Bankın talanmış kreditlərini qaytarmaq  “Şapka” Mamed ləqəbli “Aqrarkredit” ASC-nin rəbəri Məmməd Musayevə tapşırılb. Onun isə heş kimim “gözünün yaşına” baxmadığı, kredit borcu olanların nəyi var əlindən aldığı bildirilir. Görünür Hafiz Məmmədov da onun basqısı qarşısında uzun müddət duruş gətirə bilməyəcəyini görərək, öz problemini içtimailəşdirməyə, tələb olunaan vəsaitin müəyyən hissəsindın xəbəri olmadığını iddia etməyə başlayıb.

Shapka mamed
Bəs Hafiz Məmmədov üzərinə  bu qədər borcun “yüklənməsində” kimləri ittiham edir, onların hansı üsul və vasitələrdən istifadə etdiyini söyləyir?

“Hafka” əvvəlcə qeyd edir  ki, prezidentin 2015-ci il 15 iyul tarixli sərəncamı əsasında Beynəlxalq Bankın problemi aktivləri “Aqrarkredit” ASC-yə verilib. Bura bu və ya digər formada H.Məmmmədovun adı ilə bağlı olan kreditlər də daxildir, hansı ki, onların həcmi faizlərlə birlikdə 772.5 milyon manata çatır.

Daha sonra isə müflis biznesmen ondan bu vəsaitin alınması istiqamətində addımların atıldığına işarə vurur: “İndi onlar rəsmi orqanları da işə qoşublar. Mənim keçmiş partnyorun Cahangir Hacıyev öz işini görüb getdi, indi qalanları ayaqlarımın altını qazmaqda davam edirlər”.

Ancaq tələb olunan vəsaitin bir hissəsindən ümumiyyətlə xəbbəri olmadığını iddia edir:  “Lakin bu məbləğ düzgün hesablanmayıb. Bunu “Baghlan Group”un Beynəlxalq Banka olan kredit borclarının “Aqararkredit” QSC-yə ötürülməsini əks etdirən cədvəl də təsdiqləyir”.

Həmin cədbəldən məlum olur ki, “Hafka”nın borclarının ümumi məbləğindən bir hissəsi-112.1 milyon dollar və 3.6 milyon avro “Heaney Assets Corporation” adlı şirkətin adınadır. Hansı ki, “Hafka” həmin şirkətlə uzaqdan-yaxından  heç bir bağlılığıolmadığını bəyan edir. “Bu, “Canik”ə (Cahangir Hacıyev – red.) bağlı şirkətdir və 2013-cü ilin fevralında offşorlarda təsis edilib. Rusiyada vergi qeydiyyatından keçib” deyir.

214486_src

Hafiz Məmmədovun iddiasına görə, bu şirkətin qeydiyyatdan keçməsindən bir neçə ay sonra-iyunun 19-da onun və Cahangir hacıyevin digər “ümumi dostları” onu məcbur ediblər ki, “Bahar Operating Company” əməliyyat şirkətinin (“Bahar” və “Qum dəniz” yataqlarını istismar edir) prezidenti, eyni zamanda direktorlar şurasının sədri vəzifəsindən imtina etsin.

“Məni əməliyyat şirkətinin direktoru vəzifəsindən kənarlaşdırandan sonra “Canik” asanlıqla “Baghlan Group”un “Bahar Energy” layihəsindəki payını əlindən aldı. Və cəmi 27 gün sonra Azərbaycan Beynəlxalq Bankı C.Hacıyevə bağlı “Heaney Assets Corporation” şirkətini səxavətlə kreditləşdirməyə başladı. Bunun sayəsində şirkət “Bahar” və “Qum dəniz” yataqlarının işlənməsində 7.4 faizlə pay sahibi oldu. Bu cür ustalıqla, cinayətkar yollarla “Canik” bu perspektivli layihəni əlimdən aldı. Və bu nəinki mənim layihədəki payımın əldən çıxmasına, eləcə də “Baghlan Group”un digər aktivlərinin itirilməsinə gətirib çıxardı”-“Hafka” yazır.

214487_src

Məktubda bildirilir ki, Cahangir Hacıyev  o vaxt yeni qeydiyyatdan keçmiş “Heaney” şirkətinə cəmi 27 günün içində “MBA-Moskva” törəmə bankı üzərindən 105.2 milyon dollar və 3 milyon avro kredit verib. Kreditlərin verilməsi üçün heç bir girov alınmayıb, pullar kağız üzərində mövcud olan şirkətin adi veksellərinə dəyişdirilib. Hansı ki, bu veksellərin üzərində heç şirkətin möhürü də olmayıb. Veksellərin alqı-satqısı haqda müqaviləni “MBA-Moskva” bankı ilə Əbdürrəhman Vəzirovun qohumu Zaur İsazadə imzalayıb.

Hazırda həmin kreditlərin də ondan tələb olunduğunu deyən Hafiz Məmmədov, buna etiraz edir: “Beynəlxalq Bankın problemli kreditlərinin “Aaqrarkredit”ə verilməsi zamanı nəyə görəsə “Heaney Assets Corporation” şirkətinin həmin borclarını da faizləri ilə birlikdə mənim ayağıma yazıblar”.

beynelxalq-bank-bina

“Hafka” onu da yazır ki, C.Hacıyev öz şirkətinə krediti illik cəmi 5.5 faizlə verib. “Hafka”ya isə kredit “hörmət əlaməti olaraq” illik 12-18 faizlə verilirdi. “Hafka” yazır ki, Beynəlxalq Bank “Canik”in şirkətini səxavətlə maliyyələşdirdiyi halda həmin vaxt ona “Bahar Energy” layihəsindəki payını maliyyələşdirmək üçün təcili lazım olan 6 milyon dolları vermədi. Hansı ki, həmin məbləğ layihənin tam işə düşməsi üçün kifayət idi.

“Bu gün mənə tam bəllidir ki, “Canik”in “Heaney” şirkətinə ayırdığı kreditlər təkcə “Bahar” yatağının maliyyələşdirilməsinə deyil, onun Albaniyadakı layihəsinə də yönəldilib. Bu sxem mənim fikrimcə hüquq-mühafizə orqanlarını maraqlandırmalıdır. Çünki həmin məbləğin 45.9 milyon dolları və 2.4 milyon avrosu Albaniyaya köçürülüb. Bu pullar “Canik”in qalmaqallı Albaniya milyonları ilə əlaqəlidir. Pulun 59.4 milyon dollar və 1 milyon avroluq hissəsini isə “Canik” birbaşa və ya dolayısı ilə “Bahar Energy”yə yönəltdi. Daha dəqiqi pulların 29 milyon dollarını “Canik” “Baghlan Group”un törəmə şirkəti “Baghlan Group BVİ”nin buraxdığı avrobondların alınmasına sərf elədi. Beləliklə də Hacıyev akselerasiya elan etmək, yaxud bank dilində desək şirkətin buraxdığı bütün avrobondların dərhal ödənilməsini tələb etmək hüququ qazandı. C.Hacıyev daha 21 milyon dolları bizim layihədəki keçmiş tərəfdaşımız “Greenfild Petrolium”a verdi. Və məni layihədən faktiki kənarlaşdırdı. Ona görə də mən həmin şirkətlərin maliyyə öhdəliklərinə görə heç cür cavabdeh ola bilmərəm. Bu, gülməli vəziyyətdir-pulları “Heaney” alır, ancaq ödəyən mən oluram?”-“Hafka” yazır.

Qeyd edək ki, Hafiz Məmmədovun nə qədər doğru olduğunu, “Heaney Assets Corporation” adlı şirkətin adına gptürülən  112.1 milyon dollar və 3.6 milyon avro kreditdən xəbəri olub-olmadığını söyləmək çətindir. Ancaq bu məbləğsiz belə Hafiz Məmmədovun Beynəlxalq Banka kifayət qədər böyük borcunun (təxminən 500 milyon manat) olduğu ortaya çıxır.

hafka hafiz memmedov azpolitika.info bank of azerbaijan

Bundan əlavə  onun “Bank of Azerbaijan”ın  az qala bütün partnyorlarına və əmanətçilərinə borclu qalıb. Həmin borciun məbləğini “Bank of Azerbaijan” ləğv olunan ərəfədə bankın İdarə Heyətinin sədri vızifəsnə gətirilən  Məhəmmədəli Aslanovun atası millət vəkili Mahir Aslanov açıqlamışdı.

O, “Bank of Azerbaijan”ı alacağına dair iddialarıla bağlı   bunları demişdi: “Mən bank alanam? Dağılıb gedir ora. 700 milyon borcu var. Necə alım o bankı? O bankı almaq özünü həbsxanaya salmaq deməkdir.”

Bunu da nəzərə alsaq hazırda Hafiz Məmmədovun təxminən 1,5 milyard borc altında olduğu ortaya çıxır. Bəlkə də buna görədir ki, mətbuatda özünü “Azərbaycan iqtisadiyyatına 1,5 milyard dollara qədər sərmayə qoymuş sahibkar” kimi təqdim etdirir.  Hara, hansı sahələrə qoyub bu qədər investisiyanı, bilmirik. Hafiz Məmmədovun yazdığından belə məlum olur ki, indi  heç bununla maraqlanan da yoxdur. Rəsmi qurumlaı hazırda yalnız ondan 100 milyonlarla  borcu qaytarmağı tələb edir. Maraqlıdır, Hafiz Məmmədov bu qədər pulu neyləyib?

Bənzər yazılar

Back to top button